Ağcabədidə qeyri-qanuni heyvan kəsimi yerləri aşkarlanıb

Ağcabədidə qeyri-qanuni heyvan kəsimi yerləri aşkarlanıb

© APA | Ağcabədidə qeyri-qanuni heyvan kəsimi yerləri aşkarlanıb

# 04 iyun 2021 11:16 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə reydlər keçirib.

AQTA-dan APA-ya verilən məlumata görə, reyd zamanı Ağcabədi şəhərində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan qeyri-qanuni heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib.

Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR