Ağdamda ermənilərin artilleriya zərbələri nəticəsində dağılmış evlər yenidən tikilərək sakinlərə təqdim olunur - FOTO - VİDEO - YENİLƏNİB

Ağdamda ermənilərin artilleriya zərbələri nəticəsində dağılmış evlərin tikintisi

© APA | Ağdamda ermənilərin artilleriya zərbələri nəticəsində dağılmış evlərin tikintisi

# 07 iyul 2021 15:40 (UTC +04:00)

Vətən müharibəsi dövründə ermənilərin artilleriya və raket zərbələri nəticəsində Ağdam rayonunun cəbhəyanı ərazilərində zərər görmüş tikililərin bərpası davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Ağdam rayon İcra Hakimiyyətinin təmsilçiləri və media nümayəndələri Ağdamın Paşabəyli və Xındırıstan kəndlərində bu istiqamətdə görülən işlərlə tanış olublar.

Qeyd olunub ki, ermənilərin artilleriya və raket zərbələri nəticəsində Ağdamın kəndlərində ümumilikdə 1560 zərər dəymiş tikili var. 1000-ə yaxın tikilinin təmir-bərpası yekunlaşıb. Dağıdılmış 20 fərdi yaşayış evinin hər biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında yenidən tikilib, hazırda 8 evin tikintisi gedir, dağıdılmış 5 qeyri-yaşayış obyektinin inşası sürətlə davam etdirilir.

Xındırıstan kəndində bərpa olunmuş evlərdən birinin açarları ev sahibi Elnur İsmayılova təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR