AK Partiya sədrinin I müavini : “Qarabag savaşında bütün gücümüzlə Azərbaycanın yanında yer almışıq"

AK Partiya sədrinin I müavini Numan Kurtulmuş

© APA | AK Partiya sədrinin I müavini Numan Kurtulmuş

# 26 iyul 2021 09:29 (UTC +04:00)

“Qarabag savaşında bütün gücümüzlə Azərbaycanın yanında yer almışıq".

APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyətinin rəhbəri, AK Partiya sədrinin I müavini Numan Kurtulmuş bildirib.

N. Kurtulmuş qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ azad edilib: “Pandemiya dövründə AK Partiya və YAP arasında əlaqələr də inkişaf edib. YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da Türkiyə səfər etmişdi. Bu səfər zamanı isə iki xalqın mədəni və digər səviyyələrdə daha da yaxınlaşdırılması ilə bagli müzakirə aparacağıq. Mən bu səfərin iki dövlət və iki partiyanın münasibətləri baxımdan faydalı olmasını arzu edirəm. Türkiyə və Azərbaycanın birgə səyi ilə bu bölgədə sabitlik və inkişafın təmin ediləcəyinə əminəm ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR