Ali məktəblərdə “qonaq professor” və “qonaq müəllim” vəzifəsi təsis ediləcək

Ali məktəblərdə “qonaq professor” və “qonaq müəllim” vəzifəsi təsis ediləcək
# 29 oktyabr 2021 16:31 (UTC +04:00)

Ali təhsil müəssisəsi akademik heyətin mübadiləsi çərçivəsində “qonaq professor” və “qonaq müəllim” vəzifəsi təsis edə biləcək
APA-nın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ali təhsil müəssisəsində “qonaq professor” və “qonaq müəllim” vəzifəsini tutmaq üçün seçki keçirilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR