Altı ayda 32,9 min ailəyə uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib

Altı ayda 32,9 min ailəyə uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib
# 17 avqust 2021 18:00 (UTC +04:00)

Bu ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 32,9 min ailəyə 33,6 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,2 min nəfərə birdəfəlik müavinətlər verilib.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib. Verilən məlumata görə, iyulun 1-i vəziyyətinə 62,0 min aztəminatlı ailənin 264,1 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 60,06 manat təşkil edib.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 296,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR