AMEA əməkdaşlarının sayı açıqlanıb

AMEA

© APA | AMEA

# 27 may 2021 13:07 (UTC +04:00)

"Ötən il ərzində akademiyada çalışanların sayı 10 578 nəfər olub".

APA-nın məlumatına görə, bunu AMEA Rəyasət Heyətinin Ümumi yığıncağında akademiyanın birinci vitse-prezidenti Dilqəm Tağıyev deyib. O bildirib ki, onlardan 4800 nəfəri elmi işçidir: "Ötən il 157 problem, 540 mövzu üzrə 1618 elmi tədqiqat işi aparılıb. 134 mühüm elmi nəticə alınıb, 40 iş tətbiq olunub, 8-i xarici olmaqla 71 patent alınıb. İcra olunmuş 81 qrant layihələrin ümumi məbləği 7 milyon manata yaxın olub. 2020-ci ildə akademiya tərəfindən 550 kitab çap olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR