AMEA: Göygöl Milli Parkında bəzi bitkilərin arealları daralıb

AMEA: Göygöl Milli Parkında bəzi bitkilərin arealları daralıb
# 14 sentyabr 2021 11:37 (UTC +04:00)

“Göygöl Milli Parkının ərazisində olan növlərin əksəriyyətinin arealları əvvəlki illərə nisbətən dəyişib və bəzi bitki növləri çoxalıb, bəzilərinin genofondu təhlükə ilə üz-üzə qalıb”.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, bu, Dendrologiya İnstitutunun əməkdaşlarının Kiçik Qafqazın şimal-şərq hissəsində, Göygöl Milli Parkında elmi ezamiyyəti zamanı aşkarlanıb.

Məlum olub ki, meşələrdə iqlim dəyişkənliyi nəticəsində son dövrlər bəzi bitkilərin arealları daralıb, bəzi növlər öz areallarını tamamilə dəyişib: “Ölkədə ekoloji tarazlığın saxlanması və nadir incilərimizin tanınması və mühafizə edilməsi baxımından Göygöl Milli Parkının fəaliyyəti danılmazdır. Ekspedisiya zamanı respublikanın flora biomüxtəlifliyi, o cümlədən ağac və kolların növ tərkibi, bioekoloji xüsusiyyətləri, yayılma arealları kompleks şəkildə tədqiq edilib. Tədqiqat ərazisində hündürlüyə qalxdıqca ağacların seyrəlməsi və cavanlaşması müşahidə olunur. Relyef bitki örtüyünün tərkibinə və sıxlığına təsir göstərməklə, torpaqəmələgəlmə prosesində iştirak edir. Ərazidə meşə və meşə altından çıxmış dağ-bozqır bitkiləri inkişaf edib. Çaykənd (Göygöl) ərazisində lokal formada Paliurus Mill., Frangula Mill., Cotoneaster saxsatilis Cotoneaster Medic., Coryulus L., Sprea L., Crataegus L., Rhus L., Acer L., Quercus L., Ulmus L., Carpinus L. və s. cinslərindən olan bitkilər xüsusi formasiyalar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Göygöl Milli Parkında aparılan tədqiqatlar nəticəsində Fagus orientalis Lipsky, Carpinus orientalis Mill., Carpinus betulus L., Quercus iberica, Quercus macranthera Fisch. & C.A.Mey. ex Hohen., Celtis glabrata Steven ex Planch, Celtis caucasica Willd, Acer pseudoplatanus və s. kimi növlərin həmin ərazilərdə üstünlük təşkil etdiyi məlum olub. Göygöl Milli Parkının ərazisində 9 göl mövcuddur ki, bu da 109 ha sahəni əhatə edir. Gölətrafı hövzələrdə, gölməçələrdə və bataqlıqlarda Phragmites australis, Typha angustifolia, Scirpus lacustris, Potamogeton pectinature, Juncus acutus və s. növlər assosasiyalar təşkil edir.

Göygöl rütubətliyinin orta dərəcəsində, yamaclarında, qonur dağ meşə torpaqlarında mezofitlər inkişaf etsə də, meşənin əsasını Acer L, Quercus L., Populus L., Salix L., Ulmus L., Rhamnus L., Cornus L., Coryulus L., Pyurus L., Cotinus L. Tamarix L., Morus L.,Sambucus L., Pyracantha Roem., Rosa L., Rubus L., Euonymus L. Sorbus L., Carpinus L., Mespilus L, Tilia L, Fraxinus L., Betula L., Rhus L. Crataegus L., Sprea L., Paliurus Mill., Frangula Mill., Cotoneaster Medic., və s. təbii ağac və kol cinslərinin növləri xüsusi formasiyalar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Göygölün mənsəbinə yaxın məsafədə, dəniz səviyyəsindən 1600 m-dən başlayaraq 3000 m hündürlüyü olan 27 ha ərazidə elmi araşdırmalar nəticəsində 15-20 sm ölçüdən başlayaraq 12 m hündürlüyə qədər müxtəlif ölçülərdə, kağız tozağacı (Betula Papyrifera Marsh) təbii halda yayılıb. Azərbaycan meşələrinin nadir inciləri: Taxus baccata L., Pinus Kochiana Klotzch in C.Coch., Tilia caucasica, Cotoneaster saxatilis Pojark. və s. növləri də tədqiqatlar nəticəsində aşkarlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR