ANAMA Göygöl rayonunda partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirib - FOTO - VİDEO

Göygöl rayonunda partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi

© APA | Göygöl rayonunda partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi

# 20 avqust 2021 10:35 (UTC +04:00)

Bu gün Göygöl rayonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən işğaldan azad edilən ərazilərdə quruculuq və infrastruktur layihələri üzrə fəaliyyət göstərən şəxslər üçün partlayıcı sursatların təhlükəsi, minalanmış ərazilərin göstəriciləri, təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə təlimi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, təlimdə 5 müəssisədən 40-a yaxın mütəxəssis iştirak edib. Təlimdə partlayıcı sursatların təhlükəsi, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə prezentasiya təqdim edilib. Həmçinin, müxtəlif növ mina və sursatların vizual tanınması üçün maketləri nümayiş olunub. İştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini özündə əks etdirən maarifləndirici və xəbərdaredici broşurlar və posterlər paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR