ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında imzalanma

© APA | ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında imzalanma

# 26 avqust 2021 16:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) arasında Anlaşma Memorandumu və müqavilə imzalanıb.

APA-nın məlumatına görə, sənədləri ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Suleymanov və MLI prezidenti Perri Baltimor imzalayıblar.

Razılaşmaya əsasən, 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş xüsusi təlim keçən minaaxtaran it göndəriləcək.

Avqustun 23-də xüsusi yetişdirilən və təlim keçən 10 baş minaaxtaran it artıq Azərbaycana çatdırılıb.

İkinci mərhələyə əsasən, cari ilin noyabr ayında ANAMA-ya növbəti 6 baş minaaxtaran it təhvil veriləcək, hazırda onlar Texasda təlimlərə cəlb olunub.

MLI tərəfindən ianə edilmiş 8 baş minaaxtaran itin 2022-ci ilin iyun ayında, son 6 baş itin isə 2023-cü ilin iyul ayında gətirilməsi gözlənilir.

Ümumiyyətlə, 30 baş itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək. Vəsaitlərin cəlb olunması Azərbaycanın Vaşinqtondakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

ANAMA ilə MLI arasında qarşılıqlı və faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və uğurla davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR