ANAMA-nın nəqliyyat vasitələrində yürüşün aylıq norması müəyyənləşib

ANAMA-nın nəqliyyat vasitələrində yürüşün aylıq norması müəyyənləşib
# 21 iyun 2021 11:31 (UTC +04:00)

Minatəmizləmə Agentliyinin nəqliyyat vasitələri üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

Bu qərar həm də fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən səyyar formada təşkilində istifadə edilən xüsusi təyinatlı avtonəqliyyat vasitələri və avtobuslar, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin balansında olan ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən nəqliyyat vasitələrinə aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR