AQTA idxalda aşkarlanan uyğunsuzluqlarla bağlı müxtəlif ölkələrə 182 bildiriş göndərib

Qoşqar Təhməzli

© APA | Qoşqar Təhməzli

# 22 noyabr 2021 15:37 (UTC +04:00)

"Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik, virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır". APA-nın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin virus xəstəliklərinin əsas sahib bitkisi pomidordur, lakin bu viruslar badımcançiçəklilərə və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur: "Bununla bağlı, ölkəmizdə idxal tələbləri dəyişdirilib və fitosanitar nəzarət tədbirləri daha da gücləndirilib. Bu ilin ötən dövrü ərzində idxalda aşkarlanan uyğunsuzluqlar səbəbindən Agentlik tərəfindən müxtəlif ölkələrə ümumilikdə 182 bildiriş göndərilib. Həmin bildirişlərdən 125-i Rusiya (ərzaqlıq buğda – 98, ərzaqlıq qarğıdalı -6, toxumluq kartof - 21), 37-si İran (ərzaqlıq kartof - 36, toxumluq kartof -1), 15-i Gürcüstan (ərzaqlıq kartof - 5, toxumluq kartof - 10), 3-ü Türkiyə (tinglər -1, ərzaqlıq kartof -2), 1-i Ukrayna (günəbaxan toxumu), 1-i İspaniya Krallığına (pomidor toxumu) təqdim edilib".

Agentlik sədri eyni zamanda deyib ki, həmçinin ölkəmizdən ixrac olunan məhsullarda aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə 128 bildiriş daxil olub: "Həmin bildirişlərdən 109-u Rusiya (pomidor - 71, şaftalı -16, armud - 4 nektarin -4, digər - 14), 17-si Qazaxıstan (pomidor), 2-si Ukraynadan (taxta qablaşdırma materialı) göndərilib. Daxil olmuş bildirişlərlə bağlı araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR