“Avey” qoruğunda ağacəkmə aksiyası keçirilib

“Avey” qoruğunda ağacəkmə aksiyası

© APA | “Avey” qoruğunda ağacəkmə aksiyası

# 05 avqust 2021 16:11 (UTC +04:00)

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibət ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Göyəzən” filialında ağacəkmə aksiyası təşkil olunub.

Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qoruq ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın qorunması üçün mütəmadi olaraq müxtəlif növ ağacların əkilməsi tədbirləri həyata keçirilir. Bu il isə Göyəzən dağının ətəklərində 880 ədəd eldar şamı və badam tingləri əkilib. Ərazidə təmizlik, səliqə-sahman işləri aparılıb. Yeni əkilən ağacların suvarılması və qorunması üçün zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR