Avropa Azərbaycan Məktəbinə qəbul artıq yekunlaşır!

Avropa Azərbaycan Məktəbinə qəbul artıq yekunlaşır!
# 30 avqust 2021 13:25 (UTC +04:00)

Məktəb yaşlı övladı olan hər valideyn üçün yayın sonuncu ayı önəmlidir, məktəb seçimi qarşısında qalan valideynlər üçün isə yayın son günləri daha da önəmlidir.

Məktəb təhsili insan həyatının ən vacib mərhələsidir. Kiçik yaşlarımızda bunu anlamasaq da, bəzən dərslərdən yayınsaq da, yaşa dolduqdan sonra hər şeyin kökünün, məhz məktəbdən başlandığını görmək daha asan olur. Buna görə də hər bir valideyn məktəb seçiminə xüsusi önəm verir, bəzən aylarla araşdırma edir.

Son ildə yaşadığımız pandemiya şəraiti bizə məhz hansı təhsil ocaqlarında tədrisin yüksək keyfiyyətdə olduğunu aydın şəkildə görməyə şərait yaratdı. Bu təhsil ocaqlarından biri və bəlkə də birincisi Avropa Azərbaycan Məktəbi (AAM) oldu.

Təhsilin onlayn keçirilməsinə baxmayaraq, 2020 və eləcə də 2021-ci il məzunlarının yüksək qəbul imtahanı nəticələri, dünyanın ən prestijli universitetlərinə yüksək nəticəli təqaüdlə qəbul olmaları, həmçinin, pandemiya şəraitində məktəb daxilində sanitar gigiyena qaydalarına ciddi şəkildə əməl olunması, əlbəttə ki, bir çox valideynin diqqətini cəlb etdi. Bundan əlavə isə 2021-ci ildə Avropa Azərbaycan Məktəbi Qafqaz və Mərkəzi Asiya IB (Beynəlxalq Bakalavr) məktəblərinin mərkəzi seçildi. Həmçinin, AAM nəhayət ki, IB proqramının ən sonuncu MYP (Orta Təhsil proqramı) üzrə də sertifikat əldə edib, tam sertifikatlı Dünya IB məktəbinə çevrilərək, Azərbaycanda hər üç IB proqramı sertifikatına (PYP – İbtidai Təhsil proqramı, MYP – Orta Təhsil Proqramı və DP – Diplom Proqramı) malik olan üç məktəbdən biri oldu.

Bütün bu uğurlarla birlikdə, Avropa Azərbaycan Məktəbi həm də il boyu müharibədən zərərçəkmiş Ağdam və Bərdə məktəblərinin şagird və müəllim heyətinə dəstək olurdu. “İşıq toxumları” layihəsi çərçivəsində AAM-in bir neçə könüllü müəllimi həftə sonları bu bölgələrdəki məktəb şagirdlərinə onlayn şəkildə dərslər keçir, müəllimlərə təhsil sahəsində əllərindən gələn köməkliyi edirdilər. Təxminən 350-yə yaxın şagird bu onlayn dərslərdə iştirak edib. Bütün bu uğurlar nəzərə alınaraq, məktəbin bu əhəmiyyətli nailiyyətlərində böyük əməyə sahib məktəbin icraçı direktoru Françeko Bankini il ərzində uğurlu fəaliyyətinə görə Golden Palm Awards mükafatına layiq görülüb.

Elə bu səbəblərdən də 2021-2022 yeni tədris ili üçün Avropa Azərbaycan Məktəbinə qəbula üz tutan valideynlərin sayında əhəmiyyətli dərəcədə artış görülür. Sözügedən məktəb, şagird sayının çoxluğunu nəzərə alaraq, artıq yeni tədris ilindən etibarən Erkən Təhsil Mərkəzi və 1-ci sinif şagirdləri üçün Badamdar ünvanında yerləşən AAM-in Orta Təhsil binasında da yeni siniflər açıb.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbi iki binadan ibarətdir: Erkən Təhsil və İbtidai Təhsil Binası (Həsən Məcidov 7C, Elmlər Akademiyası metrosu yaxınlığı), Orta Təhsil Binası (Badamdar, A. Abbasquluzadə 13).

Həmçinin, müraciət sayının çoxluğu nəzərə alınaraq, artıq Avropa Azərbaycan Məktəbində Erkən Təhsil mərkəzinə qəbul 5 yaşdan yox, 3 yaşdan başlayır.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbinə qəbul bütün siniflər (Erkən Təlim, İbtidai və Orta Təhsil) üzrə keçirilir. AAM-də təhsil yalnız İngilis dilində tədris olunduğu üçün 2-11 – ci siniflər üzrə qəbul imtahanla aparılır, şagirdin İngilis dili səviyyəsi ölçülür.

Avropa Azərbaycan Məktəbində tədris peşəkar yerli və xarici müəllimlər tərəfindən IB (Beynəlxalq Bakalavr) proqramı çərçivəsində həyata keçirilir. Əlavə dil dərsləri olaraq Rus, İspan, Alman, Fransız, İtalyan və Koreya dilləri də tədris olunur. Sinifdənkənar məşğuliyyətlər üçün isə hər iki binada üzgüçülük hovuzu, stadion, idman zalı, musiqi otaqları, kitabxana, akt zalları mövcuddur. Həmçinin, şagirdlərin ixtiyarına elm və texnologiyanın ən son nailiyyətlərini özündə ehtiva edən təbiət elmləri laboratoriyaları verilmişdir. Məktəbdə şagirdlərin maraq dairəsini nəzərə alan təhsil, incəsənət və idman yönlü müxtəlif sosial klublar fəaliyyət göstərir.

Avropa Azərbaycan Məktəbinə qəbul üçün www.eas.az saytına daxil olub https://eas.openapply.com/ səhifəsində elektron ərizəni doldurmalısınız.

Qeydiyyat sentyabr ayının 15-dək davam edir.

Əlavə məlumat və ya məktəbi ziyarət üçün 050 290 77 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR