Azərbaycan nümayəndə heyəti Qlazqoda BMT-nin İqlim Sammitində iştirak edir

Elin Süleymanov, Muxtar Babayev

© APA | Elin Süleymanov, Muxtar Babayev

# 01 noyabr 2021 17:13 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak edir.

APA-nın Avropa bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov “Twitter”də bildirib.

Azərbaycanın nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.

Qeyd edək ki, iqlim konfransı Şotlandiyanın Qlazqo şəhərində 12 noyabra qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR