Azərbaycan Prezidentinin köməkçisi: “Diplomatik korpusla bir neçə ildən sonra müasir, ağıllı Ağdam şəhərinə qayıdacağımızı vəd edərək ayrılırıq”

xarici diplomatların Ağdama səfəri

© APA | xarici diplomatların Ağdama səfəri

# 13 iyun 2021 17:56 (UTC +04:00)

“Ağdama 120-dən artıq diplomatla səfərimiz ailə fotomuzla başa çatdı”.
APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Tvitter” paylaşımında əksini tapıb.

H. Hacıyev qeyd edib ki, diplomatik korpusla buradan bir neçə ildən sonra müasir, ağıllı Ağdam şəhərinə qayıdacaqlarını vəd edərək ayrılırlar: “Arxamızdakı kran Ermənistanın 30 illik işğalı dövründə çevirdiyi xarabalığın, urbisidin və yara izlərinin aradan qaldırılmağa başlanılmasının əlamətidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR