Azərbaycana iki minaaxtaran it gətirilib

Azərbaycana iki minaaxtaran it gətirilib
# 22 oktyabr 2021 16:10 (UTC +04:00)

Bosniya və Herseqovinada Minaaxtaran İt Mərkəzində xüsusi təlim keçmiş iki minaaxtaran it Azərbaycana gətirilib.

APA-nın məlumatına görə, ANAMA-dan bildirilib ki, “Bak” və “Elma” adlı itlər Azərbaycanda minatəmizləmə əməliyyatlarında istifadə olunacaq.

Qeyd edək ki, bu il avqustun 26-da Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) arasında Anlaşma Memorandumu və müqavilə imzalanıb.

Razılaşmaya əsasən, 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş xüsusi təlim keçən minaaxtaran it göndəriləcək.

Avqustun 23-də xüsusi yetişdirilən və təlim keçən 10 baş minaaxtaran it artıq Azərbaycana çatdırılıb.

Ümumiyyətlə, 30 baş itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR