Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 02 iyul 2021 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 73 621 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 629 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 670 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 290 808, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 379 921 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR