Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 31 avqust 2021 17:16 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 116709 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46737 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6805740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4113716, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2692024 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR