Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

peyvənd statsitikası, 14 noyabr

© APA | peyvənd statsitikası, 14 noyabr

# 14 noyabr 2021 18:35 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 231 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 178, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 18 861 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 092 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 614, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 589 459 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR