Azərbaycanda daha 350 nəfər COVID-19-dan sağalıb, 108 nəfər yoluxub - VİDEO

Azərbaycanda daha 350 nəfər COVID-19-dan sağalıb, 108 nəfər yoluxub - VİDEO
# 05 iyun 2021 17:50 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619 nəfər müalicə olunaraq sağalıb, 4 936 nəfər vəfat edib, aktiv xəstə sayı 3092 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8331, ötən müddət ərzində isə ümumilikdə 3 559 951 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR