“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Qubadlı” təchizat-yedək gəmisinin kapitanı İlqar Zingirov koronovirus səbəbindən vəfat edib.
ASCO-dan APA-ya verilən məlumata görə, İlqar Zingirov 1965-ci il 4 yanvarda Bakı şəhərində doğulub.
Bakı Dəniz Yolları Məktəbində gəmi sürücülüyü/texnik xtisası üzrə təhsil alıb, əmək fəaliyyətinə 1986-cı ildə Xəzər Dəniz Neft Donanmasının “Aura” gəmisində kapitanın II köməkçisi kimi başlayıb. 1993-cü ildən ömrünün sonunadək fasiləsiz olaraq Xəzər Dəniz Neft Donanmasına məxsus müxtəlif təyinatlı gəmilərdə kapitan kimi işləyib:
"35 illik dənizçilik təcrübəsinə malik İlqar Zingirov daim öz məsuliyyəti və fədakarlığı ilə seçilib. Səmimiyyəti və mehribanlığı ilə ətrafındakıların və dənizçi yoldaşlarının rəğbətini qazanmağı bacarıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq. ASCO rəhbərliyi və kollektivi adından kapitan İlqar Zingirovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!"
Azərbaycanda gəmi kapitanı koronavirus səbəbindən vəfat edib
© APA | İlqar Zingirov
02 oktyabr 2021 12:27 (UTC +04:00)
Sosial
Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:04
7 may 2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşib
18:08
7 may 2024
Yevlaxda orta məktəbdə mülki müdafiə məşqi keçirilib - VİDEO
17:56
7 may 2024
Prokurorluq: Konkret şirkətin mütəmadi satınalma proseslərində qalib olmasına tez-tez rast gəlinir
17:01
7 may 2024