Azərbaycanda nə qədər “CoronaVac” və “Sputnik V” ehtiyatı olduğu açıqlanıb

Azərbaycanda nə qədər “CoronaVac” və “Sputnik V” ehtiyatı olduğu açıqlanıb
# 01 dekabr 2021 17:50 (UTC +04:00)

Azərbaycanda olan “CoronaVac” və “Sputnik V” peyvəndlərinin ehtiyat miqdarı açıqlanıb.

İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya bildirilib ki, hazırda 2 milyon 376 min 845 doza “CoronaVac”, 20 000 doza “Sputnik V” vaksini anbarda ehtiyatda var.
Qeyd olunub ki, əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR