Azərbaycanda peyvənd olunan müəllimlərin sayı açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 08 iyun 2021 17:29 (UTC +04:00)

İyunun 5-dək ümumtəhsil müəssisələrində çalışan 135279 (61%) işçi heyəti 1-ci doza peyvəndlənmədə iştirak edib.

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəriciləri aşağıdakı kimidir:

18-29 yaş arası heyətin 40%-i
30-39 yaş arası heyətin 53%-i
40-49 yaş arası heyətin 64%-i
50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər.

Peyvəndlənmədə iştirak edənlər arasında bu günə kimi ciddi pisləşmə halı müşahidə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR