Azərbaycanda saxta ünvanlı sosial yardımlarla bağlı mübarizə gücləndirilir

Himalay Məmişov

© APA | Himalay Məmişov

# 03 dekabr 2021 13:16 (UTC +04:00)

Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) sisteminin ünvanlı sosial yardım müraciətləri üçün yeni platforma hazırlanıb.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, bu platforma makler fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vətəndaşlardan əsassız şəkildə hər hansı ödəniş tələb etməklə sənədlərin və məlumatların saxtalaşdırmasının qarşısını alacaq.

"Sistem yaxın zamanda vətəndaşların istifadəsinə veriləcək. Sistem vasitəsilə vətəndaşlar çox sadə qaydada öz məlumatlarını ora daxil edə biləcəklər. Bu halda hər hansı maklerə ehtiyac qalmayacaq. Maklerlərlə mübarizə tədbirləri çərçivəsində saxtakarlıq və qeyri-qanuni hərəkətlər olduğu təqdirdə, ödənişlərin dayandırılması ilə yanaşı, mühafizə orqanlarına da məlumat göndəriləcək", - deyə H. Məmişov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR