AzTU-da 4 qrup distant təhsilə keçib

Azərbaycan Texniki Universiteti

© APA | Azərbaycan Texniki Universiteti

# 01 noyabr 2021 12:34 (UTC +04:00)

Azərbaycan Texniki Universitetində (AzTU) ötən həftə 4 tələbənin (Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb.

Universitetdən APA-ya verilən məlumata görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib.

Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan 3 tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR