AzTV-nin Akademiyasına yeni rektor təyin olunub

Telli Pənahqızı

© APA | Telli Pənahqızı

# 08 oktyabr 2021 18:07 (UTC +04:00)

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru Faiq Hüsiyev vəzifəsindən azad edilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, QSC-nin sədri Rövşən Məmmədov Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının bu vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Akademiyanın keçmiş rektoru Faiq Hüsiyev isə AzTV-nin İstimai-siyasi Proqramlar Studiyasının Analitik qrupunun rəhbəri təyin olunub.

Qeyd edək ki, Telli Pənahqızı 1980-ci ildən AzTV-də çalışır.

Bu təyinata kimi o, QSC-nin baş proqram direktorunun müavini vəzifəsində işləyirdi.

2019-cu ildən Milli Televiziya və Radio Şurasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR