Bakı məktəblərində işə qəbul müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 07 iyul 2021 17:22 (UTC +04:00)

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.

APA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müsabiqənin test mərhələsinin nəticələri təhlil edilib və keçid balları müəyyənləşdirilərək namizədlərin “Şəxsi kabinet”inə göndərilib. Keçid balını toplamış 192 namizəd müsabiqənin III (şifahi müsahibə) mərhələsində iştirak etmək hüququ qazanıb.

Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR