Bakıda ağır və xüsusilə ağır cinayətlərin sayı artıb

Bakıda ağır və xüsusilə ağır cinayətlərin sayı artıb

© APA | Bakı Şəhər Prokurorluğu

# 17 iyul 2021 18:43 (UTC +04:00)

“Bakı şəhərində 2020-ci ilin birinci yarımilində prokurorluq və daxili işlər orqanları üzrə cəmi 5362 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, 2021-ci ilin birinci yarımilində 630 hadisə artaraq 5992 hadisə qeydə alınıb, ağır və xüsusilə ağır cinayətlərin sayı 286 vahid artaraq 1075 olub”.

APA-nın xəbərinə görə, bunu Bakı şəhər prokuroru İlqar Abbasov qurumun bu ilin ilk yarısı ilə bağlı fəaliyyətinə dair əməliyyat müşavirəsində deyib.

O bildirib ki, qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,7% olub. 

İ. Abbasov vurğulayıb ki, hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 2 fakt artaraq 25 cinayət hadisəsi qeydə alınıb ki, onlardan Bakı şəhərinin tabe rayon prokurorluqlarında ibtidai istintaqı aparılan bütün cinayət işlərinin açılması təmin edilib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR