Bakıda daha 2 məktəbdə əyani tədris bərpa olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 26 noyabr 2021 16:05 (UTC +04:00)

Paytaxtdakı 47 və 155 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR