Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb - YENİLƏNİB

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb - YENİLƏNİB
# 19 oktyabr 2021 18:54 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 322 nömrəli məktəbin distant təhsilə keçməsi ilə bağlı məlumat yayıb.

İdarədən APA-ya bildirilib ki, 322 nömrəli tam orta məktəbdə COVID-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında bu məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

***

16:41

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb.

APA-nın xəbərinə görə, Bakının Xəzər rayonunda yerləşən 322 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirus aşkarlandığına görə oktyabrın 20-dən məktəbdə dərslərin 14 gün müddətində distant keçilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR