Bakıda direktor vəzifəsinə çıxarılan vakansiyaların sayı açıqlanıb

Mehriban Vəliyeva

© APA | Mehriban Vəliyeva

# 24 iyun 2021 10:04 (UTC +04:00)

“2020-2021-ci tədris ilində 20 məktəb direktorunun müqaviləsinə xitam verilib, 118-nin müqaviləsi uzadılıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, növbəti tədris ili üçün Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer çıxarılıb: “Hazırda Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsi davam edir. Buna əsasən də güman edirik ki, vakant yerlərin hamısına direktor təyin edə biləcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR