Bakıda hibrid yaşıl dəhlizlər salınacaq

Bakıda hibrid yaşıl dəhlizlər salınacaq
# 22 iyun 2021 17:04 (UTC +04:00)

“Baş Plana əsasən, göllərin sahillərinin təmizlənməsi, orada məskunlaşma üçün şərait yaradılması, ictimai nəqliyyatın genişləndirilməsi və daha əlçatan olması, yüngül reysli tramvay xətləri, eyni zamanda velosiped zolaqlarının salınması əsas götürülü.

APA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib. O bildirib ki, əhali artdıqca ictimai nəqliyyata tələbat artır: “Bunun nəticəsində avtomobillərin ekologiyaya vurduğu ziyan artır. Lakin nəzərdə tutulanlar bu problemi qismən azaldacaq. Baş Plana əsasən, hibrid yaşıl dəhlizlərin salınması nəzərdə tutulur. Bunlar yaşıllıq, bərpaolunan enerji, ictimai nəqliyyatdan ibarət zolaqlar olacaq və şəhərin bir neçə zonasını birləşdirəcək. Həmin hibrid yaşıl dəhlizlər Bakıda nəzərdə tutulacaq bir neçə alt mərkəzlərlə bir növ əlaqə yaradacaq. Həmçinin yaşıllıqların sayının artırılmasında bilavasitə rol oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR