Bakıda mənzildən 20 min manatlıq qızıl oğurlanıb - VİDEO

Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

© APA | Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

# 08 dekabr 2021 15:06 (UTC +04:00)

Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus, metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs tərəfindən oğurluq edilib.

DİN-dən APA-ya verilən məlumata görə, həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb. Ondan oğurladığı qızıl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.

Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir. Emin Cabbarovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR