Bakıda qadını öldürməyə cəhd edən şəxs tutulub

Bakıda qadını öldürməyə cəhd edən şəxs tutulub
# 20 iyul 2021 14:56 (UTC +04:00)

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR