Bakıda qanunsuz fəaliyyət göstərən restoran aşkarlanıb

"Fayton" restoranının qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşib

© APA | "Fayton" restoranının qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşib

# 02 avqust 2021 17:44 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus “Fayton” restoranında yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, məhsulların emalı sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən olunub. Eyni zamanda, çalışan işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istifadə müddəti bitmiş məhsullar aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR