Bakıda və Samuxda avtomobillər yanıb

Bakıda və Samuxda avtomobillər yanıb
# 20 oktyabr 2021 10:10 (UTC +04:00)

Bakıda və Samuxda avtomobillər yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda “КамАЗ” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux rayonunun Əhmədbəyli kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR