Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 28 oktyabr 2021 10:04 (UTC +04:00)

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə, dəhlizinin lambirindən ibarət tavanı 20 m² sahədə və dam örtüyü 2 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR