Bakının 10 faizi yaşıllıq zonaları olacaq

Bakının 10 faizi yaşıllıq zonaları olacaq
# 22 iyun 2021 16:16 (UTC +04:00)

“Bakı şəhərində ən böyük problemlərindən biri Baş Planın yenidən hazırlanmasına təkan verən demoqrafik artımdır”.

APA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

O bildirib ki, əhalinin artımı şəhərsalmanın inkişafı ilə yanaşı, nəqliyyat vasitələrinə tələbatın artması və yaşıllıqların istismarına səbəb olur: “Bakı şəhərinin Baş planında əsas məsələlərdən biri də yaşıllıq normalarına nail olmaqdır. Baş planda Bakıda yaşıllıq zonalarının şəhərin 10 faizinə qədər olması nəzərdə tutulur”.

O deyib ki, hazırda Bakı şəhərinin inzibati ərazisi 213 500 hektardır”.

Bundan 11 528 hektarı hazırda yaşıllıq açıq ərazilərdir: “Bu da 5.43 faiz təşkil edir. 2040-cı ilə qədər isə yaşıllığın əlavə olaraq 9762 hektar artırılması nəzərdə tutulur. Bu, çox böyük rəqəmdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR