Baş nazir: “Ölkəmizə 15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar və hissə-hissə gətirilməkdədir”

Baş nazir Əli Əsədov

© APA | Baş nazir Əli Əsədov

# 21 iyul 2021 20:04 (UTC +04:00)

"Pandemiya ilə mübarizənin aparıldığı dövrün təcrübəsi göstərir ki, xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir”.

APA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov bu gün keçirilən Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsində deyib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin zamanında qəbul etdiyi qərara əsasən ölkəmizə 15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd, ölkə əhalisinin təqribən 70%-ə qədərini peyvəndləməkdir.

Ə.Əsədov qeyd edib ki, qəbul olunmuş qərarlar nəticəsində yoluxmanın səviyyəsinin aşağı salınmasına nail olundu, yayın əvvəlinədək yoluxmanın statistikası ikirəqəmli həddə endi, sağalanların sayı və çarpayı ehtiyatı artırıldı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR