Bəzi ölkələrdən quş əti və yumurta idxalı məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyi

© APA | Qida Təhlükəsizliyi Agentliyi

# 25 may 2021 18:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan APA-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Cənubi Afrika Respublikasının Şimali Keyp, Şərqi Keyp, Kvazulu-Natal, Limpopo əyalətlərində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Nijeqorod vilayətində Nyukasl xəstəliyi, Rumıniya Respublikasının Curcu inzibati ərazi vahidində keçilərin artrit-ensefalit xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rumıniya Respublikasının Curcu inzibati ərazi vahidindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Cənubi Afrika Respublikasının Şimali Keyp, Şərqi Keyp, Kvazulu-Natal, Limpopo əyalətlərindən və Rusiya Federasiyasının Nijeqorod vilayətindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR