Birinci Qarabağ müharibəsində xəsarət almış, lakin sığorta məbləği almamış hərbçilərə və onların varislərinə vəsait ayrılır

Birinci Qarabağ müharibəsində xəsarət almış, lakin sığorta məbləği almamış hərbçilərə və onların varislərinə vəsait ayrılır
# 05 noyabr 2021 16:51 (UTC +04:00)

Gələn il dövlət büdcəsində Birinci Qarabağ müharibəsində xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçulara və onların varislərinə vəsait ayrılıb.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”ndə əksini tapıb.

Layihəyə əsasən, Birinci Qarabağ müharibəsində xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi üzrə qəbul edilmiş öhdəliklərin mərhələli şəkildə qarşılanması üçün 2022-ci ilin dövlət büdcəsinin xərclərində 67 milyon manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR