“Bəşəriyyət təbiətlə mənasız və özünü məhv edəcək müharibə aparır”.
APA-nın məlumatına görə, bunu BMT Baş katibi Antonio Quterreş “Twitter” səhifəsində yazıb.
BMT Baş katibi bildirib ki, ölkələr üzərlərinə öhdəlik götürməli və təbiəti məhv etməyi dayandırmalıdırlar: “Biz problemləri bilirik və onların həlli üçün vasitələrə malikik. Bizə indi bütün ölkələrin etibarlı öhdəlikləri və həvəsləri lazımdır”.
Qeyd edək ki, iqlimin sürətlə dəyişməsi dünyanı qlobal iqtisadi, humanitar və ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyur. Alimlərin hesablamalarına əsasən, temperaturun 1,5 dərəcədən çox artması ətraf mühitə əvəzolunmaz zərbə vura bilər. İqlimin dəyişməsinin əsas səbəblərindən biri isə atmosferə atılan karbon qazıdır.
Keçən ilin aprelində də A. Quterreş planeti xilas etmək üçün əsas vəzifələri açıqlamışdı. BMT Baş katibi bildirmişdi ki, bunun üçün 2030-cu ilədək istixana effekti yaradan qazların atmosferə atılmasını 45 faiz azaltmaq, 2050-ci ildə karbon neytrallığına nail olmaq lazımdır. 2100-cü ilədək isə dünyada temperatur yüksəlişini 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq gərəkdir.
BMT Baş katibi ekoloji durumla bağlı xəbərdarlıq edib
© APA | Antonio Quterreş, BMT Baş katibi
05 sentyabr 2021 19:35 (UTC +04:00)
Sosial
“Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda konfrans keçirilib
19:28
7 may 2024
Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:04
7 may 2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşib
18:08
7 may 2024
Yevlaxda orta məktəbdə mülki müdafiə məşqi keçirilib - VİDEO
17:56
7 may 2024