“Bravo” hipermarketlərində səyyar vaksinasiya təşkil edilib - FOTOLENT - VİDEO - YENİLƏNİB

“Bravo” hipermarketlərində səyyar vaksinasiya

© APA | “Bravo” hipermarketlərində səyyar vaksinasiya

# 24 iyun 2021 09:54 (UTC +04:00)

Bu gündən TƏBİB tərəfindən “Koroğlu” metrostansiyanın yaxınlığında yerləşən “Bravo” hipermarketində səyyar vaksinasiya təşkil edilib.

APA-nın məlumatına görə, vaksinasiyada iştirak etmək istəyən hər bir şəxs könüllü olaraq “Bravo” marketə yaxınlaşaraq peyvənd oluna bilər.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, bu günədək səyyar briqadalar vasitəsilə 52 826 doza vaksin vurulub. Onun sözlərinə görə, onlardan 35 925 nəfər birinci, 16 902 nəfərə isə ikinci doza vaksin vurulub: "Səyyar briqadaların təşkil olunmasında məqsəd tibb məntəqələrində sıxlığın aradan qaldırılması və vaksinasiyanın sürətləndirilməsidir. Vətəndaşlar həmçinin onlayn qeydiyyatdan keçərək vaksinasiyada keçə bilərlər".

O, hazırda “Əhmədli” metrostansiyasının yaxınlığındakı “Bravo” hipermarketində, həmçinin "28 Mall" və "Dəniz" Ticarət Mərkəzlərində də səyyar vaksinasiya təşkil olunduğunu vurğulayıb: “Tələbatdan asılı olaraq müddət uzana bilər. Bu vaksinasiyada yalnız "Coronovac" vaksinindən istifadə olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR