BŞTİ: Məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atılır

BŞTİ müdiri Mehriban Vəliyeva

© APA | BŞTİ müdiri Mehriban Vəliyeva

# 25 noyabr 2021 16:05 (UTC +04:00)

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bəzi məktəblərdə psixoloq azlığı ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın məlumatına görə, İdarə müdiri jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı addımlar atılacaq:

"Məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atılır. Bu yaxınlarda bu istiqamətdə konfrans da keçirilib. Mütəmadi olaraq seminarlar da keçirilir. Risk qrupları ilə işləmək üçün müəyyən istiqamətlər var. Bu istiqamətdə addımlar atılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR