BŞTİ müdiri: "Müəllimlər üçüncü doza vaksinasiyada fəal iştirak edirlər"

Mehriban Vəliyeva

© APA | Mehriban Vəliyeva

# 12 noyabr 2021 12:43 (UTC +04:00)

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva buster doza vaksinasiya ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın məlumatına görə, İdarə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin müəyyən tapşırıqları ilə yerlərdə üçüncü doza vaksinasiyaya başlanılıb: "Bu gün üçün üçüncü doza vaksin olunan müəllimlərin konkret sayı məlum olmasa da, onlar prosesdə fəal iştirak edirlər. İnanıram ki, bu çətin şəraitdən keçib pandemiyaya qalib gələ biləcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR