Bu il 1731 bioloji fəal qida əlavəsi qida təhlükəsizliyi sertifikatı ilə təmin edilib

Qoşqar Təhməzli

© APA | Qoşqar Təhməzli

# 14 oktyabr 2021 10:59 (UTC +04:00)

“Bu ilin 9 ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarda ümumilikdə 1 428 232 nümunə müayinə edilib”.

APA-nın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, bir gündə 7 mindən çox nümunənin analizi deməkdir: "Əvvəlki illərdə qida məhsullarında uyğunsuzluq 5 faiz idi. Bu il ərzində aparılmış müayinələr zamanı nümunələrin 6 624 və ya 0.46 %-də uyğunsuzluq aşkarlanıb. Ötən ilin eyni dövründə 1 250 450 nümunə müayinə edilmişdi, nümunələrin 33 996 və ya 2.7 %-də uyğunsuzluq aşkarlanmışdı. Uyğunsuzluqların sayı nəzərəçarpacaq dərəcədə azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR