Cari ildə notariat hərəkətlərinin sayı 14 faiz artıb

Cari ildə notariat hərəkətlərinin sayı 14 faiz artıb
# 30 iyun 2021 20:21 (UTC +04:00)

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı əvvəlki dövrlə müqayisədə 14 faiz çoxalaraq 2 milyonu ötüb.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində bu ilin birinci yarımilinə həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, birinci yarımildə 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktları, 53 400-dən çox doğum, habelə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox - 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb.

Eyni zamanda, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 345 mindən çox icra sənədinin icrasının təmin edildiyi və 300 milyonadək vəsaitin ödətdirildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR