COVID pasportu olmadan kimlərin idman zallarına daxil ola biləcəyi açıqlanıb

COVID pasportu olmadan kimlərin idman zallarına daxil ola biləcəyi açıqlanıb
# 26 may 2021 17:34 (UTC +04:00)

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

APA-nın məlumatına görə, bu, Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarda əksini tapıb.

Qeyd olunub ki, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR