Çoxuşaqlı atalara və qəyyumlara müavinət təyin olunması qaydası müəyyənləşib

Çoxuşaqlı atalara və qəyyumlara müavinət təyin olunması qaydası müəyyənləşib
# 29 sentyabr 2021 18:10 (UTC +04:00)

5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə müavinətin təyin edilməsi üçün lazım olan sənədlər müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısna aşağıdakılar daxildir:
- qəyyumluğu təsdiq edən sənədin surəti;
- qəyyum kişinin 5 və daha çox uşağı 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün:
- atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
- uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR