DANX: Azərbaycan regionlarına gedəcək sərnişinlərdən COVID pasportu tələb olunmayacaq - VİDEO

DANX: Azərbaycan regionlarına gedəcək sərnişinlərdən COVID pasportu tələb olunmayacaq - VİDEO
# 27 may 2021 15:28 (UTC +04:00)

Azərbaycanda regionlara hərəkət edəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, sərnişinlərin avtovağzal stansiyalarına girişi zamanı hərarətləri yoxlanılacaq.

O həmçinin qeyd edib ki, hər hansı sərnişində narahatlıq yarandığı və ya hərarəti yüksək olduğu zaman, həmin şəxs avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcək.

N. Allahyarovanın sözlərinə görə, sərnişinlər avtobuslarda yolboyu maskalardan istifadə etməli olacaqlar. O əlavə edib ki, sürücülərin təqribən 70%-i vaksinasiyadan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR